Bakı 13˚C Mostly sunny

Qebreyesus yenidən ÜST-ün baş direktoru seçilib

Gündəm 20:55 24 may, 2022

Qebreyesus ikinci beşillik müddətə bu vəzifəyə rəhbərlik edəcək.

Qebreyesus yenidən ÜST-ün baş direktoru seçilib

Tedros Adanom Qebreyesus yenidən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru seçilib.

Bu barədə qazet.az TASS-a istinadən xəbər verir.

Bu qərar Ümumdünya Səhiyyə Assambleyasının 75-ci iclasında qəbul edilib.

Assambleyanın qapalı iclasında bununla bağlı səsvermə keçirilib.

Qebreyesus ikinci beşillik müddətə bu vəzifəyə rəhbərlik edəcək.