Bakı 10˚C Sunny

“Qələbə hünəri” Respublika Yaradıcılıq Sərgisi açıldı - FOTO

Maraqlı 03:03 07 noy, 2021

Sərginin keçiriləcəyinə dair əvvəlcədən verilmiş elana uyğun olaraq 156 müəllif tərəfindən elektron variantda 200-dən çox əsər təqdim olunmuşdur və  bu gün 39 müəllifin 45 əsəri sərgilənir

“Qələbə hünəri” Respublika Yaradıcılıq Sərgisi açıldı <span style="color:red">- FOTO</span>

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, "Bakı" Rəsm Qalereyasının, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə dünən Xətai Sənət Mərkəzində Vətən Müharibəsində qələbəmizin ildönümünə həsr olunmuş "Qələbə hünəri" adlı sərgi Azərbaycan Respublikasının himninin sədaları altında açıldı.   

Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açaraq sərgi iştirakçılarını salamladı və tədbir haqqında ümumi məlumat verdi. Sənətşünas Ziyadxan Əliyev, Azərbaycan İncəsənət Universitetinin professoru Səmədağa Cəfərov, Bakı Qalereyasının direktoru Eldəniz Babayev, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və rəssam Yusif Mirzə açılışda çıxış etdi.

Sərgi rəssamlarımızın yaradıcılığında Azərbaycanın, xüsusən də işğaldan azad olunmuş ərazilərin təbiət gözəlliklərinin tərənnümü, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən Müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazanılmış möhtəşəm tarixi zəfərin təsviri sənət əsərlərində nümayişi məqsədilə  elan olunmuşdur.

Sərginin keçiriləcəyinə dair əvvəlcədən verilmiş elana uyğun olaraq 156 müəllif tərəfindən elektron variantda 200-dən çox əsər təqdim olunmuşdur və  bu gün 39 müəllifin 45 əsəri sərgilənir.

Nümayiş olunan əsərlərin müəllifləri sertifikatla təltif ediləcəklər.

 

Sərgiyə 12 noyabr tarixinədək saat 11:00-dan 18:00-dək COVİD-19 pandemiyası ilə əlaqədar qəbul olunmuş karantin qaydalarına uyğun qaydada tamaşa etmək olar.  

Giriş sərbəstdir!