Bakı 7˚C Sunny

Qış Olimpiya Oyunlarının məşəli təşkilatçılara təhvil verilib

İdman 18:25 19 okt, 2021

Pekin Qış Olimpiya Oyunları 2022-ci il 4 - 20 fevralda keçiriləcək

Qış Olimpiya Oyunlarının məşəli təşkilatçılara təhvil verilib

2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının məşəli yarışın təşkilatçılarına təhvil verilib.

Qazet.az-n məlumatına görə, tədbir Yunanıstanın tarixi "Panatinaikos" stadionunda baş tutub.

Mərasim koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilib.

Tədbirdə Yunanıstanın prezidenti Katerina Sakellaropulu, Milli Olimpiya Komitəsinin rəhbəri Spiros Kapralos, Pekin-2022 Qış Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinin sədr müavini, Çinin Milli Olimpiya Komitəsinin vitse-prezidenti Yay Tszaytsin və digər rəsmi şəxslər iştirak edib.

Qeyd edək ki, Pekin Qış Olimpiya Oyunları 2022-ci il 4 - 20 fevralda keçiriləcək.