Bakı 7˚C Sunny

"Qonağı efirdən çıxarmaq etikadan kənar deyil" - Rəsmi AÇIQLAMA

Maraqlı 16:55 30 iyn, 2022

“Onlar istədiyi qonağı efirə çağıra və istədikləri vaxt da efirdən çıxara bilərlər”

"Qonağı efirdən çıxarmaq etikadan kənar deyil" - Rəsmi AÇIQLAMA

Xəbər verdiyimiz kimi, "ARB" kanalında yayımlanan "Həmin Zaur" verilişində gərgin anlar yaşanıb. Proqramın aparıcısı Zaur Kamal iranlı müğənni Afşin Azərin arasında mübahisə yaranıb. Və aparıcı onu efirdən çıxarıb.

Qazet.az bununla bağlı Azərbaycan Respublikası Audiovizual Şurası yanında Aparatın rəhbəri Fazil Novruzovdan qonağın səbəbsiz olaraq efirdən kənarlaşdırılmasının  etik olub-olmadığı barədə fikrini öyrənib.

Aparat rəhbəri açıqlamasında Zaur Kamalın qanağını efirdən qovduğunu yox, efirdən çıxardığını bildirib.

“Yayımçıların efirə hansı qonağı çağırmağı, hansısa qonağı efirdən çıxarmağı etikadan kənar bir hərəkət deyil. Bu şəxsən onların özlərinin işidir. Onlar istədiyi qonağı efirə çağıra və istədikləri vaxt da efirdən çıxara bilərlər. Və bu baxımdan onlar tam müstəqildirlər. Bizim ora müdaxilə etməmiz qanundan kənardır. Orada yayımla bağlı hər hansı qanun pozuntusu olsaydı, təbii ki, biz müdaxilə edə bilərdik. Yayımla bağlı,  Media haqqında qanuna əsasən  qanun pozuntusu olmadığından bizim ora müdaxilə etməyimiz yersizdir.” 

Fazil Novruzov
Azərbaycan Respublikası Audiovizual Şurası yanında Aparatın rəhbəri