Bakı 17˚C Sunny

Qorxulu anlar! Restoranda partlayış baş verdi - VİDEO

Gündəm 12:41 01 iyl, 2022

Restoran yanaraq  kül olub

Qorxulu anlar! Restoranda partlayış baş verdi - VİDEO

Türkiyədə restoranda baş verən yanğından partlayış baş verib.

Qazet.az xəbər verir ki, yanğın İstanbul şəhərinin, Sultanbəyli Adil rayonunda yerləşən "Kokoreççi" restoranında baş verib. Əldə edilən məlumata görə, Bosniya bulvarında yerləşən restoranda qaz sızması səbəbindən yanğın baş verib.  Qaz sızması olan boru şiddətlə partlayıb. Partlayışın təsiri ilə  restoranın divarı uçub. Qonşu avtomobil salonunda 3 avtomobilə ziyan dəyib.

Hadisə yerinə yanğınsöndürənlər, polis və təcili yardım qrupları sövq edilib. Yanğınsöndürənlər yanan restoranı qısa müddətdə söndürüb. 

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.