Bakı 14˚C Sunny

“Qremmi” mükafatına beş yeni nominasiya əlavə edilib

Gündəm 01:32 11 iyn, 2022

Bundan başqa, 2023-cü ildə “Sosial dəyişikliklər haqqında ən yaxşı mahnı” üçün xüsusi mükafat təqdim olunacaq.

“Qremmi” mükafatına beş yeni nominasiya əlavə edilib

ABŞ-ın Səsyazma Akademiyası “Qremmi” mükafatına beş yeni nominasiya əlavə edib.

Qazet.az TASS-a istinadən xəbər verir ki, yeni kateqoriyalara “Video oyunlar və digər interaktiv media üçün ən yaxşı saundtrek”, “Ən yaxşı bəstəkar”, “Ən yaxşı poetik albom”, “Amerikana” janrında ən yaxşı ifa” və “Şifahi poeziya janrında ən yaxşı ifa” daxildir.

“Akademiyanın əsas məqsədi musiqi dünyasında sənətçilərin maraqlarını təmsil etməkdir”, - ABŞ-ın Səsyazma Akademiyasının bəyanatında deyilir.

Bundan başqa, 2023-cü ildə “Sosial dəyişikliklər haqqında ən yaxşı mahnı” üçün xüsusi mükafat təqdim olunacaq.