Bakı 13˚C Mostly sunny

Ramil Əhmədin təqdimat və imza günü keçiriləcək

Maraqlı 15:21 22 iyn, 2022

Təqdimat bu tarixdə baş tutacaq

Ramil Əhmədin təqdimat və imza günü keçiriləcək

Şair, esseist Ramil Əhmədin yeni kitabının təqdimat və imza günü keçiriləcək.

Qazet.az xəbər verir ki, təqdimat iyunun 25-i, saat 17:00-da "Libraff" kitab mağazasında (Elmlər Akademiyası metrosunun əsas çıxışı ilə üzbəüz) baş tutacaq.

"Abşeron yarımadamı" adlı kitabda müəllifin son illərdə qələmə aldığı şeirlər toplanıb.

"Parlaq İmzalar" nəşriyyatında işıq üzü görən kitabın redaktoru Aqşin Yeniseydir. Cilddəki rəsm Anar Hüseynzadəyə məxsusdur.