Bakı 7˚C Sunny

Ramzan Kadırovun qızı nazir təyin edildi

Cəmiyyət 22:33 08 okt, 2021

Xatırladaq ki, Ramzan Kadırovun kiçik qızı Xədicət Kadırova ötən ilin dekabrında Qroznıda Məktəbəqədər Təhsil Şöbəsinin rəhbəri təyin olunub. 

Ramzan Kadırovun qızı nazir təyin edildi

Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük qızı Ayşat Kadırova ölkənin mədəniyyət naziri təyin edilib.

“Qazet.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, 22 yaşlı Ayşat buna qədər mədəniyyət nazirinin birinci müavini olub. O, nazir müavini postuna 2020-ci ilin sentyabrında təyin olunub.

Siyasi karyerasına qədər Ayşat 2009-cu ildə anasının açdığı “Firdaws” moda evinə rəhbərlik edirdi. Brend əsasən dini geyimləri istehsal edib. 2020-ci ilin əvvəlində Ayşat Kadırova Qroznıda Paris restoranını açıb.

Xatırladaq ki, Ramzan Kadırovun kiçik qızı Xədicət Kadırova ötən ilin dekabrında Qroznıda Məktəbəqədər Təhsil Şöbəsinin rəhbəri təyin olunub.