Bakı 14˚C Sunny

"Real"ın hücumçusu "Fiorentina"da

İdman 17:26 29 iyn, 2022

24 yaşlı forvard icarə əsasında "Fiorentina"da çıxış edəcək

"Real"ın hücumçusu "Fiorentina"da

"Real"ın hücumçusu Luka Yoviçin yeni klubu məlum olub.

Qazet.az xəbər verir ki, 24 yaşlı forvard icarə əsasında "Fiorentina"da çıxış edəcək. Serbiyalı futbolçunun maaşının bir hissəsini "kral klubu" ödəyəcək.

Qeyd edək ki, Yoviç ötən mövsüm "Real"ın heyətində 19 oyunda 1 qol 3 məhsuldar ötürmə edib.