Bakı 13˚C Cloudy

Region Liqasında ikinci finalçı da bəlli oldu

Gündəm 01:13 16 may, 2022

Region Liqasının finalı – “Cəbrayıl” – “Araz Naxçıvan” qarşılaşması mayın 20-də saat 16:00-da Şamaxı şəhər stadionunda keçiriləcək.

Region Liqasında ikinci finalçı da bəlli oldu

Bu gün “ASK Arena”da AFFA Region Liqasının digər yarımfinal oyunu keçirilib.

“Qazet.az” xəbər verir ki, finala vəsiqə qazanmaq uğrunda oyunda “Xan Lənkəran” və “Araz Naxçıvan” komandaları qarşılaşıb.

Rəqibini 2:1 hesabı ilə məğlub edən “Araz Naxçıvan” Region Liqasının finalına vəsiqə qazanan digər komanda olub.

Region Liqasının finalı – “Cəbrayıl” – “Araz Naxçıvan” qarşılaşması mayın 20-də saat 16:00-da Şamaxı şəhər stadionunda keçiriləcək.