Bakı 26˚C Mostly sunny

"Regionlarda iş yerlərinin azlığı ciddi problemdir" - Zakir Eminov / Eksklüziv

Eksklüziv 18:44 13 dek, 2021

“Bizim sözügedən inzibati rayonlarımız mərkəzi hökümətin dotasiyası hesabına yaşayır”

"Regionlarda iş yerlərinin azlığı ciddi problemdir" - <span style="color:red">Zakir Eminov / Eksklüziv</span>

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun  baş direktoru Zakir Eminov Azərbaycanda bəzi rayonların ləğv edilməsi təklifini həmin rayonların ölkə iqtisadiyyatında heç bir rolunun olmaması ilə əsaslandırıb.

Bilirik ki, regionlarda olan iş yerlərinin sayı azdır. Əhalinin böyük qismi Abşeronda toplanır. Leqal və qeyri-leqal bunun  fərqi yoxdur, əsas olan artım müşahidə olunur. Bu da həm regionlar üçün, həm də Abşeron üçün ciddi problemdir”

Zakir Eminov
AMEA-nın Coğrafiya İnstutunun baş direktoru 

 

Coğrafiya İnstutunun baş direktoru Zakir Eminov Qazet.az-a açıqlmasında bildirib ki, bu gün regionlarda icra nümayəndəlikləri və bələdiyyələr düzgün fəaliyyət apara bilmir. 

"Bizim sözügedən inzibati rayonlarımız mərkəzi hökümətin dotasiyası hesabına yaşayır. Ölkədə ümumi daxili məhsul istehsalında həmin rayonların payı heç 1%-ə çatmır. Bunu deyim ki, ölkədə ümumi pərakəndə ticarət dövriyyəsi var və onun 56%-i Bakı şəhərinin payına düşür. Məhz həmin rayonlarda isə bu göstəricilər aşağı səviyyədədir. Digər tərəfdən  icra hakimiyyətlərinin ölkədə iqtisadi islahatların aparması, rayonlarda yeni istehsal-xidmət sahələrinin yaradılması üçün heç bir fəaliyyəti yoxdur. Ölkədə hansısa icra başçısını təşəbbüsü ilə heç bir dənə də olsun müəssisə açılmayıb. Mən də bunun ətrafında deyirəm ki, həmin kiçik və fəaliyyəti olmayan rayonlar ləğv edilsin. 

Dediyim odur ki, misal üçün  Qarabağ üzrə Prezidentin xüsusi nümayəndəsi var. Bilirik ki, yeni iqtisadi rayonların öz  bölgüsü var. Həmin iqtisadi rayonlar üzrə Prezidentin nümayəndələri təyin edilsin və heç bir fəaliyyəti olmayan icra nümayəndəlikləri, onlara aid olan funksiyaların bir çoxu ləğv edilsin. Həmçinin bələdiyyələrin fəaliyyətini artırmaq lazımdır. Bir sözlə regionlarda iqtisadi fəallığın artırılması üçün təsirlərin genişləndirilməsi lazımdır", deyə baş direktor bildirib.

Reigonlarda iş yerlərinin az olmasının ciddi problemlər doğuracağını söyləyən Zakir Eminov  bununla bağlı  təklifi irəli sürdüyün bildirib.
 

Dönməz Hüseyin