Bakı 15˚C Mostly sunny

Rejissordan SƏRT SÖZLƏR: “Heç biri teatra yaramır”

Gündəm 19:45 11 may, 2022

Bu sözləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru söyləyib

Rejissordan SƏRT SÖZLƏR: “Heç biri teatra yaramır”

“Rafael və Coşqunu uzun illərdir tanıyıram. Hər ikisi istedadlı aktyorlardır, amma onların heç birində teatrda işləmək bacarığı görmürəm”.

Qazet.az xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında Xalq Artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Cənnət Səlimova söyləyib.
 

Rejissorun sözlərinə görə Rafael və Coşqun uzun illərdir estrada aktyoru kimi fəaliyyət göstərdikləri üçün hazırda teatr mühitindən kənarda qalıblar:

“Onlar öz seçimləri ilə estradada fəaliyyət göstərməyi seçiblər. Əgər teatrı seçsəydilər, bəlkə də nə vaxtsa rejissor kimi onlarla işləyə bilərdim. Ümumilikdə isə indi mənim tamaşalarımda çəkilən istedadlı aktyorlar çoxdur. Etiraf edim ki, aktyor kimi hazırda Rafael və Coşquna isə ehtiyacım yoxdur. Teatrımızda qəfil hər hansı formada aktyorlarla işləməyə ehtiyac yaransa belə, indi Rafael və Coşqunla işləməzdim. Çünki onlar ancaq estrada janrında istedadlıdırlar. Mənim çalışdığım teatrda isə tamam başqa qanunlar var”.