Bakı 14˚C Cloudy

"Repetitorluq aradan qaldırılmalıdır" - Deputat

Cəmiyyət 13:56 12 may, 2022

Məktəblərdə təhsil sisteminin gecləndirilməsini təklif edib

"Repetitorluq aradan qaldırılmalıdır" - <span style="color:red">Deputat</span>

"Dərsliklərimizdə çox qüsurlar var".

Qazet.az xəbər verir ki, bunu deputat Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, repetitorluq dövlət siyasətinə daxil deyil: "Dövlət tərəfindən məktəb binaları tikilir, təchizatla təmin olunur. Biz repetitorluğu bəyənmirik və hesab edirəm ki, aradan qalxmalıdır. Bütün dövrlərdə imkanlı şəxslər uşaqlarını müəllim yanına hazırlığa göndərib. Bu, həmişə olub. Lakin problem odur ki, bu kütləvi hal almasın".

Deputat deyib ki, məktəblərdə təhsil sistemi gücləndirilməlidir. M.Qasımlı bildirib ki, dövlət təhsil istiqamətində hər addımı atır, lakin məktəblərdə tədrisin keyfiyyəti artırılmalıdır: "Müəllim sinfə ürəyini verməlidir".

Deputat Ceyhun Məmmədov isə deyib ki, müəllim yanına getmədən də ali məktəbə qəbul olmaq olar: "Bunun tez-tez şahidi oluruq. Bizim nə qədər ucqar kənd məktəblərdə təhsil alan şagirdlərimiz repetitor yanına getmədən ali məktəbə qəbul olur".

Onun dediyinə görə, müəllimlərə inam gücləndirilməlidir, maarifləndirmə işi aparılmalıdır.