Bakı 23˚C Partly sunny

Rəqibinə 20 top vuran İngiltərə millisi rekordlara imza atıb

Gündəm 12:31 01 dek, 2021

Bu, İngiltərə komandalarının tarixinə ən böyük hesablı qələbə kimi düşüb

Rəqibinə 20 top vuran İngiltərə millisi rekordlara imza atıb

Qadınlardan ibarət İngiltərə millisi yeni rekordlara imza atıb.

Qazet.az-ın məlumatına görə, yığma buna 2023-cü il dünya çempionatının seçmə oyununda Latviyanı 20:0 hesabı ilə məğlub etməklə nail olub.

Bu, İngiltərə komandalarının tarixinə ən böyük hesablı qələbə kimi düşüb.

Hesab həmçinin qadınların dünya çempionatının seçmə turniri üçün də rekord hesab olunur. Əvvəlki rekord ötən həftə Ermənistanı 19:0 hesabı ilə üstələyən Belçikaya məxsus idi.