Bakı 16˚C Partly sunny

Rizəlilər kosmosa çay göndərəcək

Maraqlı 19:20 23 may, 2022

Bundan əvvəl türklər kosmosa kabab göndərməyə cəhd etmişdilər

Rizəlilər kosmosa <span style="color:red">çay göndərəcək</span>

Rizə Dərnəkləri Federasiyasının (RIDEF) İstanbulda təşkil edəcəyi 12-ci Rizə Günlərində helium balonu ilə kosmosa çay göndərəcəklər.
Qazet.az xəbər verir ki, 12-ci Rizə Günləri 25-29 may tarixləri arasında İstanbulun Yenikapı rayonunun Rizə vilayətində (RIDEF) tərəfindən keçiriləcək. "7 bölgə, 7 rəng birik, birik, qardaşıq" şüarı ilə təşkil ediləcək tədbirlərdə şəhərin çayı, təbiəti, ləzzətləri və görməli yerləri tanıdılacaq. 
Rizə Günlərində kosmosa çay göndərmə tədbiri də keçiriləcək. Platforma üzərinə qoyulan çay paketlərinə GPS cihazı qoşularaq diametri 2 metr olan heliumla doldurulmuş balonla kosmosa göndəriləcək. Stratosfer qatında partlaması gözlənilən şara ilişən platforma səmaya qalxdıqdan sonra çaylarla birlikdə paraşütlə yerə enəcək. 
Qeyd edək ki, bundan öncə türklər kosmosa kabab göndərmişdilər. Bunu etməkdə məqsədləri kosmosa kabab göndərən ilk ölkə olaraq tarixə düşmək idi. Kabab isə Hatayda dənizə düşmüşdü.

Qaynaq