Bakı 7˚C Sunny

"Roma"da koronavirusa yoluxan futbolçuların sayı artıb

Gündəm 13:47 01 dek, 2021

"Canavarlar"da daha əvvəl Brian Kristante və Qonsalo Vilyarda da koronavirus aşkarlanıb

"Roma"da koronavirusa yoluxan futbolçuların sayı artıb

İtaliyanın "Roma" klubunun daha bir futbolçusu Feliks Afena-Qyan koronavirusa yoluxub.

Qazet.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı qanalı hücumçunun testinin müsbət çıxmasından sonra infeksiya aşkarlanan oyunçuların sayı 3-ə çatıb.

"Canavarlar"da daha əvvəl Brian Kristante və Qonsalo Vilyarda da koronavirus aşkarlanıb.

Qeyd edək ki, "Roma" bu gün A Seriyasının XV turunda "Bolonya" ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.