Bakı 15˚C Windy

Roman müsabiqəsi elan edildi

Gündəm 18:25 03 iyn, 2022

Müsabiqənin şərtləri

Roman müsabiqəsi elan edildi

TEAS Press Nəşriyyat evi yeni ədəbi müsabiqə elan edir.

Qazet.az xəbər verir ki, gənc yazıçılara dəstək məqsədi ilə təşkil olunan müsabiqəyə hər müəllif tərəfindən yalnız bir əsər təqdim edilə bilər. Əsərlər Azərbaycan dilində, roman janrında yazılmalı və müəyyən olunmuş meyarlara cavab vermək şərti ilə indiyədək heç yerdə çap olunmamalıdır

İyunun 3-də “LIBRAFF”ın “Park Akademiya” filialında keçirilən təqdimatda müsabiqənin şərtləri açıqlanıb. Tədbirdə yazıçılar, ictimai xadimlər, KİV nümayəndələri və tanınmış blogerlər iştirak edib. Təşkilatçılar müsabiqənin keçirməlisində məqsədin ədəbi rəqabət mühitinin inkişafına təkan vermək, yeni imzaların üzə çıxmasına şərait yaratmaq, yeni əsərlərin yazılmasını təşviq etməkdir. Əsas hədəflərdən biri də ölkəmizdə milli ədəbiyyatın zənginləşdirilməsindən, ümumbəşəri dəyərləri təbliğ edən mövzuların roman janrı vasitəsi ilə oxuculara çatdırılmasından ibarət olduğunu qeyd etmişlər.
Müsabiqənin şərtləri aşağıdakılardan ibarətdir:

– iştirakçıların yaş həddi 18-35 arasında olmalıdır;

– əsərlərin müsabiqəyə qəbulu 3 iyun 2022-ci il tarixindən başlayacaq və 31 avqust 2022-ci il tarixinə qədər davam edəcək;

– hər müəllif müsabiqəyə Azərbaycan dilində yazılmış, heç bir çap və media orqanında yayımlanmayan bir roman təqdim edə bilər;

– ümumilikdə müsabiqəyə təqdim edilən romanın həcmi 250 səhifəni (hər səhifə boşluqlarla birgə 2000 (iki min) işarədən hesablanmaqla) keçməməlidir;

– müəlliflər müsabiqəyə həcmi 15 (on beş) min işarədən çox olmamaqla, əsərin 3 ixtiyari hissəsindən seçmələr də təqdim etməlidirlər;

– əsərlər fərdi qaydada – müəlliflərin özü və yaxud, müstəsna hallarda onun adından çıxış edə biləcək şəxs (ailə üzvü, səlahiyyətli nümayəndəsi və s.) tərəfindən təqdim olunmalıdır (Şəxsiyyəti təsdiq edən sənədin surəti ilə birgə);

– müsabiqə - “Uzun siyahı” , “Qısa siyahı” və yekunda qaliblərin müəyyən edilməsi olmaqla - üç mərhələdə keçiriləcək;

– hər mərhələnin sonunda növbəti mərhələnin gedişi və başa çatma zamanı barədə ayrıca məlumat veriləcək.

Müsabiqənin yekun mərhələsində iştirakçılar arasından üç qalib seçiləcək və onlar ümumi qaydaya uyğun olaraq mükafatlandırılacaqlar.

- I yerin sahibinə 2000 (iki min) AZN pul mükafatı veriləcək həmin əsəri TEAS Press Nəşriyyat evi tərəfindən çap olunacaq və “LIBRAFF” kitab mağazaları şəbəkəsində təqdimatı keçiriləcək.

- II yerin sahibinə 1500 (min beş yüz) AZN,

- III yerin sahibinə isə 1000 (min) AZN pul mükafatı veriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər [email protected] elektron ünvanına müraciət edə bilərlər.