Ronaldo barədə ŞOK İDDİA: Gözlənilməz seçim edə bilər
Futbol09:4501 iyul, 2022

 Ronaldo peşəkar karyerasına “Sportinq Lissabon”da başlayıb

Ronaldo barədə ŞOK İDDİA: Gözlənilməz seçim edə bilər
Bizi-da oxuyun

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo vətənində forma geyinə bilər.

Qazet.az xəbər verir ki, onun “Sportinq Lissabon” klubuna qayıda biləcəyi deyilir. İddialara görə, Ronaldo “Mançester Yunayted”in idman siyasətini bəyənmədiyi üçün klubdan ayrılmağı düşünür. “Sportinq Lissabon” klubunun idman direktoru Huqo Viana iddiaları təkzib etməyib. O bildirib ki, Ronaldonun Portuqaliyaya qayıda biləcəyi istisna edilmir. “Olduqca çətin ehtimaldır. Çox danışmaq istəmirəm. Amma son qərar Ronaldoya aiddir”- deyən Viana, “Sportinq Lissabon”un hücumçunu transfer etmək istədiyini təsdiq edib.

Qeyd edək ki, Ronaldo peşəkar karyerasına “Sportinq Lissabon”da başlayıb.

Fikriniz