Bakı 13˚C Sunny

Ronaldu Messinin "Qızıl top" mükafatına layiq olmadığını təsdiqləyib

Gündəm 17:42 01 dek, 2021

36 yaşlı oyunçu sosial şəbəkə izləyicisinin Messinin "France Football" nəşrinin təsis etdiyi mükafata layiq olmadığı ilə bağlı paylaşımına "Fakt" şərhini yazıb

Ronaldu Messinin "Qızıl top" mükafatına layiq olmadığını təsdiqləyib

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu "Qızıl top" mükafatının Fransa PSJ-sinin hücumçusu Lionel Messiyə verilməsini ədalətsiz sayır.

Qazet.az məlumatına görə, portuqaliyalı forvard bunu öz fanatlarından birinin şərhinə münasibət bildirməklə təsdiqləyib.

36 yaşlı oyunçu sosial şəbəkə izləyicisinin Messinin "France Football" nəşrinin təsis etdiyi mükafata layiq olmadığı ilə bağlı paylaşımına "Fakt" şərhini yazıb.

Qeyd edək ki, Kriştianu Ronaldu "Qızıl top"un səsverməsində 6-cı yeri tutub. O, mükafatın təqdimetmə mərasiminə qatılmayıb.