Bakı 10˚C Sunny

Ronaldu transfer siyasətinə görə "Mançester Yunayted"i tərk etmək istəyir

İdman 15:35 03 iyl, 2022

37 yaşlı hücumçu "qırmızı şeytanlar"ın transfer siyasətindən narazı qaldığı üçün bu addımı atmağa hazırlaşır

Ronaldu transfer siyasətinə görə "Mançester Yunayted"i tərk etmək istəyir

Portuqaliya millisinin və İngiltərə "Mançester Yunayted"inin futbolçusu Kriştianu Ronaldu komandanı tərk etmək istəyir.

Qazet.az-ın məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.

O bildirib kİ, 37 yaşlı hücumçu "qırmızı şeytanlar"ın transfer siyasətindən narazı qaldığı üçün bu addımı atmağa hazırlaşır.

Ulduz futbolçu Mançester təmsilçisinin yeni baş məşqçisi Erik ten Haqın təyinatından məmnun qalsa da, heyətə cəlb olunan oyunçuların səviyyəsindən narazıdır.

Qeyd edək kİ, Kriştianu Ronaldonun "Mançester Yunayted"lə 2023-cü ilin yayınadək müqaviləsi var.