Bakı 21˚C Mostly sunny

Rovan Atkinson yenidən ekranlarda: Netflix-də yeni serial - VİDEO

Maraqlı 18:15 20 iyn, 2022

“Komediyanın işi incitməkdir”

Rovan Atkinson yenidən ekranlarda: Netflix-də yeni serial - VİDEO

Netflix-in yeni “Man vs Bee” serialında ekranlara qayıdan britaniyalı ulduz Mr. Bean (Rovan Atkinson) mövzu ilə bağlı fikirlərini bölüşərək, komediyaçıların "tamamilə hər şey" haqqında zarafat etməyin mümkün olduğunu vurğuladı.  

Qazet.az xəbər verir ki, 67 yaşlı Atkinson İrish Times-a açıqlamasında bildirib: "Mənə elə gəlir ki, komediyanın işi incitməkdir və ya incitmək potensialına malikdir, bu potensialdan qurtulmaq olmaz. Hər zarafatın bir qurbanı var. Zarafatın tərifi budur. Komediyanın işi incitməkdir. Kimisə, nəyisə və ya ideyanı gülünc göstərməkdir”.

Komediyaçının sözlərinə görə, masadan kənarda qalan çox az sayda mövzu var.

Netflix-də yayımlanacaq olan “Man vs Bee” serialı 24 iyunda ekranlara çıxacaq. Serial hiyləgər arıdan üstün olmağa çalışan və heç bir şeydən şübhələnməyən ev sahibəsinə xaos yaşadan bir adamdan bəhs edir.

Qaynaq