Bakı 7˚C Sunny

Rus hərbçilər Krıma qaçır: Ukrayna ordusunun hücumundan qorxurlar

Gündəm 17:37 01 iyl, 2022

Bu barədə Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb

Rus hərbçilər Krıma qaçır: Ukrayna ordusunun hücumundan qorxurlar

Ukraynadakı Rusiya ordusu sıralarından fərarilik edən hərbçilər Krıma qaçmağa başlayıb.

Qazet.az xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Xersonda bir qrup rus hərbçi ordudan qaçaraq, yerli sakinlərdən qida istəyiblər. Məlumata görə, rus əsgərlər ifşa olmamaq üçün gündüzlər gizlənərək gecələr qaçırlar. Ukrayna Müdafiə Nazirliyi yerli sakinlərə istinadən fərarilik edən hərbçilərin Krım istiqamətində hərəkət etdiyini bildirib.

Qeyd edək ki, Ukrayna ordusu Xerson vilayətindən bir neçə kilometr məsafədə mövqe tutub.