Bakı 21˚C Sunny

Rusiya bankı Azərbaycana pul köçürmə xidmətini istifadəyə verib

Gündəm 19:30 20 may, 2022

Aylıq limit 10 min dollar təşkil edir

Rusiya bankı Azərbaycana pul köçürmə xidmətini istifadəyə verib

Rusiyanın “MTS-Bank”ı öz korporativ mobil tətbiqi üzərindən “Granat Partners” xidməti istifadə etməklə Azərbaycana pul köçürmə xidmətini istifadəyə verib.

Qazet.az xəbər verir ki, müştərilər rublla pul göndərə və məzənnə ilə konvertasiya edərək dollar və avro ala bilərlər.

“MTS Bank” tətbiqində MTS operatorun abunəçiləri olmayan istifadəçilər isə pasport məlumatları, habelə fərdi şəxsi hesabın sığorta nömrəsi və ya identifikasiya nömrəsi ilə identifikasiya prosedurundan keçməlidirlər.

Köçürmə istənilən Rusiya bankı tərəfindən verilən bank kartlarından həyata keçirilə bilər. Köçürmələrdə transfer haqqı tutulmur. Pul köçürmələri üzrə ödənişlər nağd şəkildə “ABB-Moskva” bankın Azərbaycan üzrə tərəfdaşlarının 80 ofisində həyata keçirilir.
Maksimum köçürmə məbləği 5 min dollar və ya avro ilə ekvivalentdir. “MTS Bank”dakı hesablardan köçürmələr üçün aylıq limit 10 min dollar, üçüncü tərəf banklarının kartlarından 5 min dollar təşkil edir.