Bakı 14˚C Intermittent clouds

Rusiya boya qıtlığı yaşayır - Qənaət rejiminə keçməyə məcbur olub

Gündəm 13:48 01 iyl, 2022

Rusiya mətbuatı yazır

Rusiya boya qıtlığı yaşayır - Qənaət rejiminə keçməyə məcbur olub

Beynəlxalq şirkət Rusiya fabriklərində başqa bir çatışmazlıq səbəbindən dəyişikliklər edilib. İsveçrə şirkəti olan “Tetra Pak” Rusiyadakı müəssisələri mayın sonunda qənaət rejiminə keçiblər.

Qazet.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Ölkədə "Tetra Pak" markalı qablaşdırma üçün boya tükənmək üzrədir. 
 

Boya qıtlığı yerli şirə istehsalçılarını rənglərdən minimum istifadə etməklə ağ paketlərdə məhsullar istehsal etməyə vadar edib. Artıq yeni dizaynda qablaşdırmanın ilk partiyası vitrinləri bəzəyib. 
 

Rusiya Federasiyasından olan şirə istehsalçılarından biri parlaq yaşıl dizaynını sadəcə ağ rəngə dəyişdirdi. Yalnız loqo və arxa tərəfdəki meyvələrin təsviri keçmiş rəngləri xatırladıb. 
 

Vəziyyəti nəzərə alaraq, yerli sahibkarlar Tetra Pakdan tam imtinanı istisna etmirlər. Gözlənilir ki, 2022-ci ilin payızından daha adi plastik butulkalardan istifadə olunmağa başlayacaqlar.