Bakı 21˚C Mostly sunny

Rusiya əhalisi azalmaqdadır

Gündəm 14:51 15 okt, 2021

Rusiyada doğumun və miqrasiyanın ümumi durumu xilas etmək gücündə olmadığı ortadadır

Rusiya əhalisi azalmaqdadır

Rusiya əhalisi artıq üç ildir ki azalır. Rusiya hökuməti bu vəziyyətdən olduqca narahatdır. Buna səbəb azalma sürətinin artmağa başlamasıdır. 2021-ci ilin sonuna qədər əhali sayında geriləmə 535.5 min nəfər olacaq. 

Qazet.az xəbər verir ki, gələn il Rusiya əhalisinin 533.4 nəfər azalacağı ehtimal olunur. Əslində, rəqəmlər vəziyyətin ağırlığını tam göstərə bilmir. Krımın anneksiyası ümumi statistikada geriləməni ört-basdır edib. Buna baxmayaraq, ciddi azalmanı gizlətmək mümkün deyil.

2021-i il yanvarın 1-nə olan məlumata görə, Rusiya əhalisi 146.17 milyon nəfərdir. Hökumət hesab edir ki, yaxın gələcəkdə vəziyyəti nisbətən yaxşılaşdırmaq olar. Amma doğumun və miqrasiyanın ümumi durumu xilas etmək gücündə olmadığı ortadadır.

Hadisələrin 2030-cu ilə qədər belə inkişaf edəcəyi gözlənilir. Təxminən 8 il sonra azalmanın dayanacağı proqnozlaşdırılır. Onda Rusiya əhalisi 130 milyon nəfərə enəcək.