Bakı 14˚C Sunny

Rusiya Finlandiyanı hədələdi

Gündəm 02:12 19 may, 2022

Xatırladaq ki, mayın 17-də Finlandiya NATO-ya üzvlük üçün rəsmi müraciət edib .

Rusiya Finlandiyanı hədələdi

Rusiya Xarici İşlər Nazirliyi Finlandiyanı NATO-ya üzvlüklə bağlı yenidən təhdid edib. Rusiya Federasiyası ölkənin təşkilata üzv qəbul olunmasına cavab olaraq "sürpriz" gözlədiyini bildirib.

Qazet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. O, Finlandiyanın qərarına cavabın hərbi olacağını vurğulayıb.

"Sürpriz olacaq. Bu, bizim müdafiə departamentimizdən asılıdır. Təbii ki, bütün amilləri və Finlandiyanın NATO-ya üzvlüyünün necə inkişaf edəcəyini nəzərə alaraq müvafiq qərar veriləcək. Bütün bunlara əsaslanaraq parametrlər üzrə qərar veriləcək, lakin ilk növbədə, bu, hərbçilərə aiddir”, - Zaxarova bildirib.

Xatırladaq ki, mayın 17-də Finlandiya NATO-ya üzvlük üçün rəsmi müraciət edib .