Bakı 14˚C Sunny

Rusiya futbol klubu Qurban Qurbanovu təbrik etdi

İdman 16:10 11 avq, 2022

Bu haqda təbrik Voronej klubunun rəsmi Feysbuk səhifəsində yer alıb

Rusiya futbol klubu Qurban Qurbanovu təbrik etdi

Rusiya Premyer Liqa təmsilçisi “Fakel” “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu təbrik edib.

Qol.az xəbər verir ki, bu haqda təbrik Voronej klubunun rəsmi Feysbuk səhifəsində yer alıb. 

“Bizim köhnə dostumuz Qurban Qurbanovun “Qarabağ”ı ÇL-in təsnifat mərhələsində Stanislav Çerçesovun “Ferentsvaroş”unu məğlub edib. Təbrik edirik” – deyə təbrikdə qeyd olunub.

Xatırladaq ki, Qurban Qurbanov peşəkar futbolçu karyerası ərzində 2 dəfə “Fakel”də çıxış edib. O, ilk dəfə 1999-2001-ci  illərdə Voronej təmsilçisində oynayıb. 2001-ci ildə “Neftçi”də çıxış edən Qurbanov 2002-ci ildə yenidən “Fakel”ə qayıdıb. O, bu komandada ümumən 55 matç keçirib və 17 qol vurub.

Yada salaq ki, "Qarabağ" ÇL-in təsnifat mərhələsində rusiyalı Stanislav Çerçesovun rəhbərlk etdiyi "Ferenstavroş"a (Macarıstan) qalib gələrək (3:1, ilk oyun 1:1) pley-off vəsiqə qazanıb.