Bakı 7˚C Sunny

Rusiya İranla hərbi əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Gündəm 19:23 19 okt, 2021

Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib

Rusiya İranla hərbi əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

“Rusiya və İran münasibətləri dinamik şəkildə inkişaf edən və çoxşaxəli xarakter daşıyır”.

Qazet.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

Şoyqu buna misal olaraq hər iki ölkənin beynəlxalq terrorizm ilə birgə mübarizəsini göstərib. Onun sözlərinə görə, Rusiya və İran Suriya ərazisində fəal olaraq beynəlxalq terrorizmin qarşısını alırlar.

“Bu istiqamətdə irəli gedərək bu işi fərqli bölgələrdə də davam etdirə bilərik. Burada söhbət Əfqanıstandan və bu bölgədə mövcud olan təhdidlərdən gedir”, - deyə S. Şoyqu qeyd edib.

Bununla yanaşı, Sergey Şoyqu İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri ilə görüşündə qeyd edib ki, münasibətlərin hazırki inkişaf tempinin saxlanılması üçün bütün səylərini səfərbər etməyə hazırdır.