Bakı 24˚C Mostly sunny

Rusiya Krımda qanunsuz səfərbərliyə hazırlaşır

Gündəm 19:07 04 iyl, 2022

Krım Muxtar Respublikasından məlumat verilib

Rusiya Krımda qanunsuz səfərbərliyə hazırlaşır

Krımdakı hakimiyyət qanunsuz səfərbərliyə hazırlıq görür.

Qazet.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Krım Muxtar Respublikası üzrə nümayəndəliyi məlumat yayıb.

“Bir müddət öncə Krım “rəhbərliyi” səfərbərliklə bağlı komissiya yaradılmasını əmr etdi. Hətta aşağı səviyyəli müvafiq komissiyaların yaradılması da tapşırıldı. Bu, məcburi hərbi xidmətə hazırlıqdan xəbər verir. Krımdakı Ukrayna vətəndaşlarını öz ölkələrinə qarşı döyüşməyə məcbur edirlər”, - məlumatda qeyd olunub.