Rusiya qoşunlarına 2021-ci ildə 20 ədəd “Armata” tankı təhvil veriləcək
Dünya16:0501 dekabr, 2021

Bu barədə Rusiya müdafiə nazirinin müavini Aleksey Krivoruçkoya tankların istehsalı ilə məşğul olan obyektə səfəri zamanı məlumat verilib

Rusiya qoşunlarına 2021-ci ildə 20 ədəd “Armata” tankı təhvil veriləcək
Bizi-da oxuyun

Rusiya ordusuna bu ilin sonuna qədər 20 ədəd T-14 “Armata” tankı təhvil veriləcək.

Qazet.az xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini Aleksey Krivoruçkoya tankların istehsalı ilə məşğul olan obyektə səfəri zamanı məlumat verilib.

Dövlət müqaviləsinin şərtlərinə əsasən, zirehli platformaların qoşunlara kütləvi tədarükü dövlət sınaqları başa çatana qədər həyata keçirilir. Hazırda hərbi hissələrdə əməliyyat qiymətləndirmə təcrübəsi əldə etmək üçün dövlət sınaqları başa çatana qədər pilot partiyanın istehsalı üzrə işlər aparılır.

Rusiyanın maşınqayırma şirkəti “UralVagonZavod” ötən ilin avqustunda Moskvada keçirilən “Ordu-2020” Beynəlxalq Hərbi-Texniki Forumu zamanı tankın insansız versiyasının mümkün inkişafı ilə bağlı açıqlama vermişdi.

Rusiya T-14-lərin 5-ci nəsil əsas döyüş tankı olduğunu iddia edir. Tankı ön tərəfdəki zirehli kabinədə olan üç nəfərlik ekipaj idarə edir. Onun dünyada “şəbəkə mərkəzli müharibə” texnologiyalarını özündə birləşdirən ilk tank olduğu iddia edilir.

Fikriniz