Bakı 13˚C Mostly sunny

TƏCİLİ! Rusiya sülhməramlıları Qarabağdan ÇIXARILACAQ - Ərdoğanın YARDIMI İLƏ

Siyasət 11:24 06 iyn, 2022

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib

TƏCİLİ! Rusiya sülhməramlıları Qarabağdan ÇIXARILACAQ - Ərdoğanın YARDIMI İLƏ

“Kremlin Ukraynada apardığı işğalçı müharibə Rusiyanın hərbi və müharibəyə xərclənən maliyyə resurslarını tükəndirir. Buna görə də Rusiyanın Ukrayna ilə yanaşı, daha iki istiqamətdə – Suriya və Qarabağda hərbi varlığını davam etdirməsi çətinləşir”.

Qazet.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Kreml seçim edərkən Suriyadakı hərbi varlığını minimuma endirmək qərarına gəlib.

“Bu, Türkiyənin Suriya ərazisində mövqelərini gücləndirmək üçün yeni imkanlar açır. Kreml Türkiyənin Suriyada PKK və onun törəmələrinə qarşı mübarizəsinə əngəl olmaq istəmir. Əksinə, Rusiya xarici işlər naziri Sergey Lavrov Suriyadakı kürdlərin ABŞ-la ittifaqından narahat olduqlarını və bu mənada Türkiyəni anladıqlarını bildirib. Lavrov bu açıqlamanı Kreml sahibi Vladimir Putinin təlimatıyla səsləndirib. Qərbin Rusiyaya qarşı sərtləşən sanksiyaları fonunda Putinin Türkiyə ilə sıx münasibətlərə əvvəlkindən daha çox ehtiyacı var”.

Rusiyanın Qarabağa yönəlik hazırkı siyasətinə gəlincə, E.Şahinoğlu deyib ki, Azərbaycan ağıllı siyasi gedişlər etməyə məhkumdur:

“Elə etməliyik ki, Kreml hərbçilərini yaxın gələcəkdə ərazimizdən də çıxarmaq barədə qərar qəbul etsin. Bu məsələnin həllində də Türkiyə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın rolu olacaq.”

qaynaq