Bakı 16˚C Partly sunny

Rusiya-Ukrayna danışıqları başa çatdı

Gündəm 01:22 08 mar, 2022

Bitdi

Rusiya-Ukrayna danışıqları başa çatdı

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Belarusun Brest vilayətində keçirilən danışıqlar başa çatıb.

Danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibi dəyişməyib: ona Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir: heyətə xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov və Dumanın Beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Leonid Slutski daxildir.

Ukrayna tərəfdən danışıqlarda Prezident Vladimir Zelenskinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak, Ali Radada hakim “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya, Ukraynanın müdafiə naziri Aleksey Reznikov və digər ukraynalı siyasətçilər iştirak edir.