Bakı 14˚C Cloudy

"Rusiya və MDB ilə iqtisadi əlaqələri bərpa etməliyik" - Ukraynalı müxalifətçi

Siyasət 12:51 25 okt, 2021

"Normal həyatı təmin etmək üçün bizim başqa mənbələrimiz yoxdur”

"Rusiya və MDB ilə iqtisadi əlaqələri bərpa etməliyik" - <span style="color:red">Ukraynalı müxalifətçi</span>

“Ukraynanın əsas vəzifəsi Rusiya və MDB ölkələri ilə ticarət-iqtisadi əlaqələri bərpa etməkdir”

Qazet.az xəbər verir ki, bunu Müxalifət Platforması Partiyasının lideri Viktor Medvedçuk partiyanın saytında dərc olunmuş müsahibəsində bildirib.

"Rusiya və MDB ölkələri ilə ticarət-iqtisadi əlaqələrin bərpası ölkə iqtisadiyyatı üçün əsas prioritet vəzifədir. Bu prioritet vəzifənin həyata keçirilməsi iqtisadi artım və Ukraynada həyat səviyyəsinin yaxşılaşdırılması deməkdir", - deyə o vurğulayıb.

Medvedçukun fikrincə, Ukrayna prezidenti Volodimir Zelenski, Rusiya lideri Vladimir Putinlə şəxsi görüşlərində, iqtisadiyyatdakı problemləri həll etməli və Donbasda sülh məsələlərini qaldırmalıdır.

“Danışıqlar masası arxasına oturmaq lazımdır, bir-birimizlə danışmaq və razılığa gəlməyə çalışmaq lazımdır. Bu, yeganə variantdır. Məncə, bunun alternativi yoxdur. Normal həyatı təmin etmək üçün bizim başqa mənbələrimiz yoxdur” - deyə Medvedçuk bildirib. 

O qeyd edib ki, Ukrayna ilə Rusiya arasında münasibətlər dalana dirənib və bu ilk növbədə Ukrayna və ukraynalılar üçün çoxsaylı mənfi nəticələrə gətirib çıxarır.

Paşa Bayramov


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.