Bakı 10˚C Sunny

Rusiyada 5,6 bal gücündə ZƏLZƏLƏ

Gündəm 13:14 23 okt, 2021

 Tuva muxtar respublikasında 5,6 bal gücündə zəlzələ qeydə alınıb

Rusiyada 5,6 bal gücündə ZƏLZƏLƏ

Rusiyada güclü zəlzələ olub.

Qazet.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.

Bildirilib ki, Tuva muxtar respublikasında 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Moskva vaxtı ilə 02.03-də baş verən zəlzələ 5,6 gücündə qiymətləndirilib.

Təəbiət hadisəsinin episentri Çadan şəhərindən 7 kilometr aralıda, Dzun-Xemçik bölgəsində yerləşib.

İlkin olaraq 5,1 bal gücündə olduğu açıqlanan seysmik hadisənin episentrində intensivlik 6,3 bal olub.

Yeraltı təkanlar respublikanın qərb rayonlarında hiss olunub, itkilər və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, zəlzələ qonşu Xakasiyada da hiss edilib.