Bakı 15˚C Mostly sunny

Rusiyada ağır qəza - 5 nəfər öldü

Gündəm 16:21 16 yan, 2022

Pskov vilayətində iki minik avtomobili toqquşub

Rusiyada ağır qəza - 5 nəfər öldü

Rusiyanın Pskov vilayətində iki minik avtomobili toqquşub.

Qazet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, yerli vaxtla saat 09.00 radələrində Peçora şəhərində Pskov şosesində “Volqa” və “Audi” markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.