Rusiyada “Britaniya ştamm”ına 128, “Cənubi Afrika ştamm”na 16 yoluxma hadisəsi qeydə alınıb
Cəmiyyət09:3113 aprel, 2021

Ölkədə koronavirusla bağlı vəziyyət qarşıdakı altı ay ərzində aparılacaq araşdırmanın nəticəsinə uyğun proqnozlaşdırılacaq

title
Bizi-da oxuyun

“Aprelin 9-dan bəri Rusiyada koronavirusun “Britaniya ştamm”ına 128, “Cənubi Afrika ştamm”na isə 16 yoluxma hadisəsi aşkarlanıb”.

Qazet.az TASS-a istinadən xəbər verir ki, bunu “Rospotrebnadzor”un rəhbəri Anna Popova bildirib.

Onun sözlərinə görə,  "Aprelin 9-dan etibarən 9 mindən çox nümunə nəzərdən keçirilib: “Araşdırma nəticəsində ümumilikdə koronavirusun 193 mutasiya variant aşkarlanıb. Bunlardan 128-i “Britaniya ştamm”ı, 16-sı isə “Cənubi Afrika ştamm”dır”.

Popova əlavə edib ki, ölkədə koronavirusla bağlı vəziyyət qarşıdakı altı ay ərzində aparılacaq araşdırmanın nəticəsinə uyğun proqnozlaşdırılacaq.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0