Bakı 13˚C Mostly sunny

Rusiyalı diplomat Ukraynadakı müharibəyə görə istefa verdi-"UTANIRAM"

Gündəm 22:45 23 may, 2022

“Nazir Lavrov bu sistemin deqradasiyasının gözəl nümunəsidir”

Rusiyalı diplomat Ukraynadakı müharibəyə görə istefa verdi-<span style="color:red">"UTANIRAM"</span>

Rusiyanın Cenevrədə yerləşən BMT-dəki missiyasının müşaviri Boris Bondarev ölkəsinin Ukraynaya qarşı müharibə aparmasını açıq şəkildə pisləyib və vəzifəsindən istefa verib.

Qazet.az xəbər verir ki, diplomat Rusiyanın xarici işlər naziri Sergey Lavrovu da tənqid edib.

“İyirmi illik işlədiyim müddətdə xarici siyasətimizin müxtəlif dönüşlərini müşahidə etməli oldum, lakin mən heç vaxt ölkəmdən və öz işimdən bu ilin 24 fevralında olduğu kimi utanmamışam. Bu müharibənin təşəbbüskarları yalnız bir şey istəyirlər - əbədi olaraq hakimiyyətdə qalmaq, dəbdəbəli saraylarda yaşamaq, dəbdəbəli yaxtalarda üzmək.

Nazir Lavrov bu sistemin deqradasiyasının gözəl nümunəsidir. O, 18 il ərzində nazirliyin bir çox əməkdaşının bərabər olmaq istədiyi peşəkar və maarifçi ziyalıdan, davamlı olaraq hər birinə zidd açıqlamalar verən şəxsə çevirib. Diplomat təhsili almışam və ölkəm üçün işləməyə davam etmək istərdim. Amma bu gün çox təəssüf ki, dövlət qulluğunda qalmaq və fəlakətli siyasi kursla getmək vətənimə xəyanət etmək deməkdir. Mən bunu istəmirəm və edə də bilmərəm

Boris Bondarev
 

deyə  Bondarev çıxışında vurğulayıb.

Qazet.az xəbər verir ki, bu barədə diplomatın açıqlamasını “UN Watch”ın icraçı direktoru, hüquq müdafiəçisi Hillel Noyer tvitterdə paylaşıb.

Açıqlamasında o, öz işinə və ölkəsinə görə utanc hissi duyduğunu etiraf edib:

“Ukraynadakı müharibə Putin tərəfindən bütün Qərb dünyasına qarşı aparılır. Bu, təkcə Ukrayna xalqına qarşı cinayət deyil, həm də qalın Z hərfi ilə ölkəmizdə firavan demokratik cəmiyyətin tədricən inkişafına bütün ümidlərin üstündən xətt çəkmiş Rusiya xalqına qarşı, bəlkə də, ən ağır cinayətdir”.

Diplomatın sözlərinə görə, Xarici İşlər Nazirliyi özünün bilavasitə vəzifələri ilə məşğul olmağı dayandırıb və dar dairəyə xidmət etməyə başlayıb. Onun fikrincə, son 20 ildə Rusiya XİN-də yalanın və qeyri-peşəkarlığın səviyyəsi fəlakətli miqyas alıb:

“Nazir Lavrov bu sistemin deqradasiyasının yaxşı nümunəsidir. O, 18 ildə nazirliyin bir çox əməkdaşının bərabər olmaq istədiyi peşəkar və savadlı ziyalıdan, davamlı olaraq ziddiyyətli bəyanatlar verən, dünyanı (yəni Rusiyanı da) nüvə silahı ilə hədələyən şəxsə çevrildi!”

Qaynaq