Bakı 13˚C Mostly sunny

Rusiyanın bu məşhur şirələri Bakıda yeni qablaşdırmada diqqət çəkib - FOTO/VİDEO

Maraqlı 12:16 01 iyl, 2022

Rusiya boyasızmı qaldı?

Rusiyanın bu məşhur şirələri Bakıda yeni qablaşdırmada diqqət çəkib - FOTO/VİDEO

Araz supermarket şəbəkələrində Rusiyanın məşhur şirə markası “Moy” yeni qablaşdırmada alıcılar tərəfindən maraqla qarşılanıb.
 

Qazet.az xəbər verir ki, Rusiya istehsalı olan “Moy” şirələri nə keyfiyyəti, nə də dadı ilə alıcıların gözünü oxşamayıb. Şirələr vitrinlərdə yeni qablaşması ilə alıcıları təəccübləndirib.
 

Belə ki, “Moy” şirələri hər zamankı kimi rəngli meyvə şəkilləri ilə bəzədilmiş qablaşdırmada deyil, tamamilə ağ rəngə boyanmış yeni dizaynı ilə diqqət çəkib.
 

Qeyd edək ki, Rusiya-Ukrayna müharibələri səbəbindən bir çox ölkə Rusiyaya sanksiya tətbiq edib. 
Qablaşdırmaların rəngsiz formada hazırlanması sanksiyalar səbəbindən boyasız qalan Rusiya modelini canlandırır. Təbii ki, bu bir fərziyyədir.