Rusiyanın Ermənistandakı poliqonunda partlayış olub, ölən var
Dünya11:0414 may, 2022

1957-ci il təvəllüdlü bir çoban həyatını itirib

Rusiyanın Ermənistandakı poliqonunda partlayış olub, ölən var
Bizi-da oxuyun

Rusiya Silahlı Qüvvələrinin Ermənistanın Gümrü rayonundakı 102-ci hərbi bazasına məxsus Kamxut dağlıq ərazisində baş vermiş partlayış nəticəsində bir nəfər həlak olub.

Qazet.az Report-a istinadən xəbər verir ki, Ermənistan mətbuatına istinadən xəbər verir.

Axuryan bələdiyyəsi sədrinin birinci müavini Karen Arşakyan bildirib ki, mərmi saat 15:30 radələrində partlayıb. Hadisə nəticəsində yaxınlıqdakı kənddən olan 1957-ci il təvəllüdlü çoban ölüb.

Arşakyanın sözlərinə görə, həmin vaxt poliqonda heç bir təlim olmayıb: "Ola bilsin, mərmi əvvəlki təlimlərdən qalıb”.

Fikriniz