Bakı 13˚C Sunny

Rusiyanın Qarabağ müharibəsindən aldığı dərs - Yeni raket kompleksləri hazırlanır

Gündəm 19:12 19 okt, 2021

"Rostex" firması yeni zenit-raket sistemləri hazırlayır

Rusiyanın Qarabağ müharibəsindən aldığı dərs - <span style="color:red">Yeni raket kompleksləri hazırlanır</span>

Rusiyanın “Rostex” dövlət korporasiyası mənzili uzadılmış yeni daşınan zenit-raket komplekslərinin yaradılması üzərində işə başlayıb. virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, yeni silah piyada bölmələrinə hava hədəflərini böyük yüksəkliklərdə məhv etməyə imkan verəcək.

Korporasiyanın mühəndislərinin işləyib hazırladığı daşınan zenit-raket kompleksi hədəfi 10 kilometrə qədər məsafədən vura bilər, bu isə Rusiya ordusunun silahlanmasında yer alan indiki daşınan raket komplekslərindən xeyli çoxdur. Atəş mənzilinin artırılması ilə yanaşı yeni silah yüksək dəqiqliyə də malik olacaq. Ən azından “Rostex”ə daxil olan “Maşınqayırma” konstruktor bürosunun ixrac-idxal idarəsinin rəisi Aleksandr Romanyuk belə deyir.

Yeni kompleks əsasən pilotsuz uçan aparatlar və kamikadze-dronlara qarşı mübarizə üçün nəzərdə tutulur. “RİA Novosti” qeyd edir ki, Suriya və Qarabağdakı müharibələrin təcrübəsi bu cür hədəflərin vertolyotların, təyyarələrin və qanadlı raketlərin vurulması üçün nəzərdə tutulan zenit-raket kompleksləri ilə vurulmasının mürəkkəb olduğunu göstərib. Yeni daşınan zenit-raket kompleksinin texniki xüsusiyyətləri, onun görkəmi və digər məlumatlar hələ açıqlanmır. “Rostex” heç yeni silahın adını da açıqlamayıb, amma təxminlərə görə, yeni kompleks “Metka” adlana bilər.

Qeyd edək ki, Azərbaycan ordusunun Qarabağda apardığı döyüşlərin təcrübəsini müharibənin başa çatmasından dərhal sonra Rusiya və ABŞ da daxil olmaqla dünyanın aparıcı ölkələrində araşdırmağa başlayıblar. Bir çox ölkələr bu təcrübəni nəzərə alaraq silahlanma konsepsiyasına dəyişiklik ediblər, daha çox PUA-lara və kamikadze-dronlara üstünlük verməyə başlayıblar. 44 günlük müharibə zamanı Azərbaycan ordusu kamikadze-dronlarla və “Bayraktar TB2” zərbə PUA-ları ilə düşmənin çoxsaylı zenit-raket komplekslərini, o cümlədən S-300 zenit-raket komplekslərini məhv etmişdi. O cümlədən təyinatı PUA-lara qarşı mübarizə olan radioelektron mübarizə sistemlərinin özləri də dronlara hədəf olmuşdu. Bütün bu silahların hamısı Rusiya istehsalı idi...

Mənbə