Bakı 13˚C Sunny

“Rusiyaya Ukrayna lazım deyil” - Corc Vaşinqton Universitetinin tədqiqatçısı

Gündəm 13:29 04 iyl, 2022

“Nəhəng bir Türk dövlətinin yolunu kəsdi”

“Rusiyaya Ukrayna lazım deyil” - Corc Vaşinqton Universitetinin tədqiqatçısı

“Amerika Birləşmiş Ştatları Rusiyanın parçalanmasından çox qorxur, bunun qarşısını almaq üçün də əlindən gələni edəcək. Rusiyanın parçalanmaması ABŞ üçün qırmızı xəttdir”.

Qazet.az xəbər verir ki, bunu Corc Vaşinqton Universitetinin tədqiqatçısı, tatar əsilli rus alimi Kamil Qaliyev deyib.

Onun sözlərinə görə, bu səbəbdən də Ukrayna müharibəsinə etiraz edildi: “Bildik ki, bu müharibə bitmiş Rusiyanı diriltmək üçündür”.

“Ukrayna müharibəsi başlayan gündən yazmışdım ki, Rusiyaya Ukrayna lazım deyil” deyən tətqiqatçı hesab edir ki, bu, danışılmış oyundi. Onun sözlərinə görə, bu müharibə daha çox okeanın o tayında Amerikada güclü Rusiya imicini formalaşdırmaq üçün lazımdı: “Bununla da Amerika bir daşla iki quş vurdu: həm Qərbi Rusiya ilə qorxudaraq silah satdı, həm də  Rusiyanın parçalanmasının qarşısını almaqla, ömrünü uzatmaqla, reginda nəhəng bir Türk dövlətinin yolunu kəsdi”.