Bakı 19˚C Partly sunny

Saakaşvili huşunu itirib? - Açıqlama

Gündəm 22:59 26 may, 2022

Qeyd edək ki, daha əvvəl Saakaşvilinin vəkili Dmitri Sadzaqlişvili Saakaşvilinin hazırda müalicə aldığı “Vivamedi” klinikasında huşunu itirdiyini açıqlamışdı.

Saakaşvili huşunu itirib? - Açıqlama

Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvilinin huşunu itirməsi ilə bağlı tibbi sübutlar indiki mərhələdə aşkarlanmayıb,

Qazet.az xəbər verir ki, bu barədə Gürcüstanın Xüsusi Penitensiar Xidmətinin bəyanatında deyilir.

“Məsələni araşdırmaq üçün Xüsusi Penitensiar Xidmətin tibb şöbəsi klinika ilə əlaqə saxlayıb. Daxil olan məlumata görə, mayın 25-də saat 01:31-də növbətçi həkim Saakaşvilinin yanına çağırılıb və məhbus ona səhhətinin pis olduğunu – huşunu itirdiyini deyib.

"Aparılan araşdırmalara əsasən, hazırkı mərhələdə huşun itirilməsi ilə bağlı heç bir obyektiv tibbi sübut müəyyən edilməyib, ümumi sağlamlıq vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir. Tədqiqatın daha da dərinləşdirilməsi və müalicənin korreksiyası məqsədəuyğun hesab edilmir", - deyə bildirilib.

Qeyd edək ki, daha əvvəl Saakaşvilinin vəkili Dmitri Sadzaqlişvili Saakaşvilinin hazırda müalicə aldığı “Vivamedi” klinikasında huşunu itirdiyini açıqlamışdı.