Bakı 6˚C Windy

Saakaşvilinin anası oğlunun dəyişdiyini deyib

Gündəm 04:12 25 noy, 2021

"Mişanı azad etmək üçün əmr verin"

Saakaşvilinin anası oğlunun dəyişdiyini deyib

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin anası Giuli Alasaniya oğlunun depressiyaya düşdüyünü bildirib.

“Qazet.az” Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə siyasətçinin anası Qoridəki hərbi hospitalda oğlunu ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

"O, çox depressiyadadır, əvvəlki insan deyil. Biz hamımız, bütün cəmiyyət bu şəxsin azad edilməsinin qayğısına qalmalıyıq. Mişa özü hesab edir ki, indi mübarizə üçün vacib mərhələdir. Biz hamımız fəal olmalıyıq. Mişanı azad etmək üçün əmr verin", - G.Alasaniya jurnalistlərə bildirib.