Bakı 13˚C Mostly sunny

Saakaşviliyə görə gürcü səfir Polşa XİN-ə çağırıldı

Siyasət 15:17 15 okt, 2021

Bu məlumat nazirliyin Tvitter səhifəsində yerləşdirilib

Saakaşviliyə görə gürcü səfir Polşa XİN-ə çağırıldı

Gürcüstanın Polşadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Qazet.az xəbər verir ki, bu məlumat nazirliyin Tvitter səhifəsində yerləşdirilib. Məlumata görə, səfir Mixail Saakaşvilinin səhhətinin müzakirəsi üçün dəvət edilib.

Səfirə Tiflisin avroatlantik inteqrasiyası üçün şəffaflıq, qanunun aliliyi və siyasi təzyiqdən çəkinməyin vacib olduğu bildirilib.