Bakı 15˚C Mostly sunny

Sabah Bakıda 32 dərəcə isti olacaq

Cəmiyyət 13:55 27 iyn, 2022

 Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək

Sabah Bakıda 32 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Milli Hidrometeorologiya Xidmətindən Qazet.az-a verilən məlumata görə, havanın temperaturu gecə 20-24° isti, gündüz 30-33° isti, Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.