Bakı 16˚C Partly sunny

Sabah Bakıda Su, MiQ, F-16-lar uçacaq - Tam proqram

Gündəm 23:11 25 may, 2022

Tədbirdə iştirak üçün dünyanın 32 ölkəsindən 287 startap (101-i Azərbaycan startapı olmaqla) müraciət edib. Onlardan 15-i xarici ölkə (ABŞ, Argentina, Estoniya, İordaniya, Misir, Pakistan, Türkiyə), 35-i yerli olmaqla, 50 startap finala vəsiqə qazanıb.

Sabah Bakıda Su, MiQ, F-16-lar uçacaq - Tam proqram

Sabahdan Bakıda Türkiyənin “Teknofest” aviasiya, kosmos və texnologiya festivalı başlayır.

Qazet.az xəbər verir ki, bu il Azərbaycanda “Teknofest Azərbaycan” çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri təşkil ediləcək.

Müsabiqələr arasında “Smart Qarabağ” Hakatonu, “Take Off” Azərbaycan Startap Sammiti və “Rocket League” video oyunu üzrə Avropa Kiber İdman Kuboku var. Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənclərin hazırladıqları prototiplərin və STEM layihələrin nümayişi, açıq səmada statik ərazidə isə pilotsuz uçuş aparatları və helikopterlərin sərgilənməsi nəzərdə tutulub. Festivalın əyləncə proqramına Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Ulduzları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları, böyük səhnədə incəsənət xadimlərinin çıxışları, şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları, robotlar və s. daxildir.

Festivalda Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 (5 ədəd) və MiQ-29 (2 ədəd) qırıcı təyyarələri və hərbi helikopterlərinin, eləcə də Türkiyənin “Solotürk” (2 ədəd F-16), “Türk Ulduzları” (5 ədəd F-5) və “Hürkuş” aerobatika komandalarının, ATAK helikopterlərinin və AKINCI PUA-sının iştirakı ilə hava şouları nümayiş olunacaq.

“Teknofest Azərbaycan” çərçivəsində “Smart Qarabağ” Hakatonuna Azərbaycan və Türkiyədən ümumilikdə 30 komanda final mərhələsinə vəsiqə qazanıb. Finala vəsiqə qazanan Azərbaycan və Türkiyə təmsilçilərindən ibarət 30 komanda isə işğaldan azad olunmuş Qarabağın normal regiona transformasiyası istiqamətində “Ağıllı həllər” təklif edəcəklər. Hakatonun keçirilməsinin əsas məqsədi işğaldan azad olunmuş Azərbaycan ərazilərində “Ağıllı şəhər” həllərinin tətbiq edilməsi, bu ərazilərin rahat, qənaətcil, ekoloji təmiz regiona çevrilməsi, sakinlər və sahibkarlar üçün münbit ekosistemin yaradılması və kənd təsərrüfatı üçün daha səmərəli şəraitin qurulmasına töhfə verməkdir. Qeyd edək ki, artıq fasiləsiz olaraq 50 saat davam edəcək marafona start verilib.

Tədbirdə iştirak üçün dünyanın 32 ölkəsindən 287 startap (101-i Azərbaycan startapı olmaqla) müraciət edib. Onlardan 15-i xarici ölkə (ABŞ, Argentina, Estoniya, İordaniya, Misir, Pakistan, Türkiyə), 35-i yerli olmaqla, 50 startap finala vəsiqə qazanıb.

Festival çərçivəsində mayın 26-da Türk Dövlətləri Təşkilatına üzv ölkələrin İKT üzrə Nazirlər Toplantısı təşkil ediləcək. Dəvət olunan ölkələr arasında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan Təşkilatın Baş katibi tərəfindən iclasın yekunların dair Protokolun imzalanması nəzərdə tutulub.

Xatırladaq ki, açılış mərasimi mayın 26-sı cümə axşamı günü 76 maraqlı qurumun dəstəyi ilə keçiriləcək. “Teknofest Azərbaycan” mayın 28-də Rəcəb Tayyip Ərdoğan və İlham Əliyevin festivalda iştirakı gözlənilir.

Qeyd edək ki, yarışlarda birinci olan komandalara mükafatları prezidentlər təqdim edəcək.