Bakı 17˚C Partly sunny

Sabah bu yerlərdə qaz olmayacaq

Cəmiyyət 17:41 04 iyl, 2022

Qaradağ rayonunun bəzi yerlərində qaz olmayacaq

Sabah bu yerlərdə qaz olmayacaq

“Qaz İxrac” İdarəsinə məxsus “Düvannı-Qaradağ” yüksək təzyiqli magistral qaz kəmərinin 6-7-ci km-lər və 9-10-cu km-lər arası hisələrinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar, 05.07.2022-ci il tarixində saat 08:00-dan işlər başa çatanadək “Səngəçal”, “Sement zavod” QPS-lərdən və magistral qaz kəmərindən qidalanan “Gips zavodu” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Qazet.az xəbər verir ki, təmir işləri aparılan müddətdə Qaradağ rayonu üzrə Sahil, Səngəçal, Umbakı, Əzimkənd qəsəbələrinin, Yol evləri, Bağ evləri və Stansiya Qaradağ ətrafı yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.