Bakı 19˚C Cloudy

Sabahın hava proqnozu açıqlanıb

Gündəm 12:44 11 noy, 2021

Noyabrın 13-ü gün ərzində ölkə ərazisində sabit, əsasən yağmursuz hava şəraiti olacaq

Sabahın hava proqnozu açıqlanıb

Sabah, noyabrın 12-si gündüzdən ölkədə yağmursuz hava şəraiti müşahidə olunacaq.

Bu barədə Qazet.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, noyabrın 13-ü gün ərzində ölkə ərazisində sabit, əsasən yağmursuz hava şəraiti olacaq.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.