Bakı 10˚C Sunny

Sabahın hava proqnozu: Yağış yağacaq

Cəmiyyət 16:26 27 sen, 2021

Gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir

Sabahın hava proqnozu: <span style="color:red">Yağış yağacaq</span>

Sentyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Qazet.az-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18, gündüz 20-22, Bakıda gecə 15-17, gündüz 20-22 dərəcə olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Əsasən şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 8-13 dərəcə olacaq.