Bakı 7˚C Sunny

Şabalıdın bilmədiyimiz inanılmaz faydaları

Maraqlı 16:50 28 sen, 2021

Qış aylarının şəfa deposu, soyuq havanın ən əvəzolunmaz dadlarından biri şabalıd

Şabalıdın bilmədiyimiz inanılmaz faydaları

Soyuq hava, boz buludlar, günəşə daha zəif şüaları bədənimizdə yorğunluq hissi yarada bilər. Yorğunluq və xəstəliklərə qarşı dadlı və qidalı meyvəsinə, yüksək keyfiyyətli oduncağına görə böyük əhəmiyyət kəsb edən şabalıd qiymətli qida olmaqla yanaşı, həm də bir çox xəstəliklərin profilaktikasında və müalicəsində əla vasitədir. 

Şabalıdın meyvəsi karbohidratlar və zülallarla zəngindir.

Tərkibində fosfor, maqnezium, xlor, kalsium, dəmir, sodyum və xüsusilə kalium mineralları və B1, B2 və C vitaminləri var.

 

 

Şabalıdın çox miqdarda kalium ehtiva etməsi, kalium çatışmazlığı olan insanlar üçün yaxşı bir kalium əlavəsidir. Kalium bədəndəki natrium ilə su balansının tənzimlənməsində, qida maddələrinin hüceyrələrə daşınmasında, sinir hüceyrələrində mesajların ötürülməsində və əzələ strukturlarının qorunmasında mühüm rol oynayır. 

Şabalıd xolesterolu azaldır, ürək -damar xəstəliklərindən qoruyur.

Qan təzyiqini tənzimləyir, qan dövranını sürətləndirir.  

İshalın qarşısını alır.  

Unutqanlığı aradan qaldırır. 

Şabalıdda qlüten yoxdur, dəmir tərkibi ilə anemiyanın qarşısını alır.  

Tərkibindəki kalsiumla sümükləri, əzələləri və dişləri gücləndirməyə kömək edir. 

Şabalıd porsiyası iki -üç orta şabalıddır və bir dilim çörəyə bərabərdir.

Şabalıd ləpəsi təzə halda yeyilməkdən başqa qızardılır, suda pörtlədilir, qovrulduqdan sonra üyüdülərək qənnadı məmulatları hazırlamaq üçün unla qarışdırılır. 

 

 

Şabalıd bir sıra milli xörəklərin hazırlanmasında çərəz kimi də işlədilir. Yarpaqlarında qlükozidlər, pektin və dabbaq maddələri, K vitamini vardır. 

Fiziki və zehni yorğunluğa qarşı çox əhəmiyyətli bir qida olan şabalıdı qaynadaraq üç ədət  istehlak etmək lazımdır. 15 orta şabalıddan ibarət bir qab 350 kaloridir.

Xalq təbabətində şabalıdın yarpağından, oduncağından, gövdə qabığından, tumurcuğundan hazırlanmış həlim və ya dəmləməsi büzüşdürücü, yarasağaldıcı və yanığa qarşı vasitə kimi istifadə olunur. Eyni zamanda, yarpaq həlimi və ya dəmləməsi daxili qanaxmalar zamanı faydalı sayılır.

Quru meyvə həlimi və yarpaq dəmləməsi yuxarı nəfəs yolları xəstəliyi, təzə yarpaq dəmləməsi isə göyöskürək zamanı işlədilir. Qurudulmuş çiçəklərin spirt məhlulu xroniki dizenteriya və sidik kisəsinin iltihabı zamanı tətbiq olunur.

 

 

Təzə meyvə ləpəsi qan damarlarının varikoz genişlənməsi, kəskin ağrılı və xroniki tromboflibit, baldırlarda trofik yaralar, arterit, atreskleroz, xırda qan damarlarının tromboemboliyası zamanı faydalıdır.

Xalq təbabətində qızardılmış meyvələri analığın və qemerroidal qanaxma zamanı istifadə olunur. Şabalıd ləpəsi zəifləmiş orqanizm üçün faydalıdır. Ondan acqarına yeyilməklə qurdqovucu vasitə kimi istifadə edilir.

Şabalıd kimi yüksək lifli qidalar yüksək glisemik qidalarla müqayisədə qan şəkərinin yavaş artmasına səbəb olur. Bu, şəkərli diabet xəstələri üçün təhlükəli ola biləcək qan şəkərinin yüksəlməsinin qarşısını alır.